Ronaldodan yeni dünya rekordu
Digər

Ronaldodan yeni dünya rekordu

  • 2021-09-02

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo yeni dünya rekorduna imza atıb.

Onun rekordu DÇ-2022-nin İrlandiya ilə bu gün keçirilən görüşündə qeydə alınıb.
 
Matçın 89-cu dəqiqəsində fərqlənən 36 yaşlı hücumçu yığmada ən çox qol vuran oyunçu adına sahib çıxıb. Portuqaliya millisində 110-cu qolunu vuran futbolçu İran yığmasının əfsanəsi Əli Daeinin dünya rekordunu qırıb. Azərbaycan əsilli Daei millidə 109 dəfə rəqib qapılarına yol tapıb.

Ronaldo görüşün 90+6-cı dəqiqəsində isə daha bir qol vuraraq komandasına 2:1 hesablı qələbə qazandırıb.