"Barselona"nın yeni 10 nömrəsi müəyyənləşdi
Digər

"Barselona"nın yeni 10 nömrəsi müəyyənləşdi

  • 2021-09-01

Lionel Messinin gedişindən sonra "Barselona"da 10 nömrəli formanı geyinəcək futbolçunun adı bəlli olub.

Klubun rəsmi Tvitter hesabına əsasən, bu forma Ansu Fatiyə verilib.

Qeyd edək ki, 19 yaşlı Fati "Barselona"nın yetirməsidir. İspaniya millisinin də üzvü olan hücumçu ötən ilin noyabrından dizindəki zədə səbəbindən meydana çıxmır.