"Barselona"da Aquero üçün fədakarlıq
Digər

"Barselona"da Aquero üçün fədakarlıq

  • 2021-09-01

"Barselona"nın 2-ci və 3-cü kapitanları Serxio Busqets və Jordi Alba maaşlarının azaldılmasına razı olublar.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Sözügedən oyunçuların məvaciblərində 25 faiz endirim etdikləri bildirilib. Beləliklə, iqtisadi problemləri olan Kataloniya klubu yeni transferi Serxio Aqueronu La Liqada qeydiyyatdan keçirə bilib. Əks halda "Barselona" maliyyə feyr-pley qaydalarını pozacaqdı.

Daha əvvəl komandanın əsas kapitanı Jerar Pike də maaşının azaldılmasına razı olub.

Qeyd edək ki, Aquero may ayının 31-də "Barselona" ilə 2 illik müqavilə imzalayıb.