"Real"dan getməyəcəm
Digər

"Real"dan getməyəcəm

  • 2021-06-12

"Real"ın futbolçusu Eden Hazard bu yay klubdan ayrılacağı haqda yayılan xəbərlərə münasibət bildirib. 

30 yaşlı yarımmüdafiəçi AS-a açıqlamasında deyib: 

"Heç vaxt "Real"dan ayrılmağımın daha yaxşı olacağını bir saniyə belə düşünməmişəm. Uğursuzluqlara görə "Real"dan getməyəcəyəm. Bu klub üçün yaradıldığımı göstərmək istəyirəm. Son iki il çətin keçdi. "Real"da idim, amma elə bil orada yox idim. Koronavirus pandemiyasına görə mənim üçün hər şey çətin idi. Boş tribunalar qarşısında oynadıq. Amma mən "Santiaqo Bernabeu"da azarkeşlərin qarşısında oynamaq üçün müqavilə imzalamışdım. Ümid edirəm tezliklə hər şey tamamlanacaq və azarkeşlər tribunalara qayıdacaqlar. Buna ehtiyacım var".