“San Siro”dan ayrılmağın vaxtı gəlir
Digər

“San Siro”dan ayrılmağın vaxtı gəlir

  • 2021-06-12

“İnter” yeni stadion inşa etdirməyə hazırlaşır.

İtaliya mətbuatına əsasən, bu barədə Milan təmsilçisinin prezidenti Stiven Can danışıb. O, “Milan”la şərikli istifadə etdikləri “San Siro”dan ayrılmağın vaxtının gəldiyini deyib:

“Kluba, azarkeşlərə bir çox xidmətlər, yeni təcrübələr təklif edə biləcək yeni bir stadion lazımdır. Yeni arena ilə azarkeşlərə yeni imkanlar təqdim etmiş olacağıq”.

Qeyd edək ki, “İnter”in oyunları zamanı stadionun adı “Cüzeppe Meatsa” kimi səslənir.