Noyer Kannın rekordunu təzələdi
Digər

Noyer Kannın rekordunu təzələdi

  • 2021-08-29

"Bavariya"nın kapitanı Manuel Noyer yeni rekorda imza atıb.

Almaniyalı qolkiperin rekordu Bundesliqanın 3-cü turunda "Herta" ilə görüşdə (5:0) qeydə alınıb.


35 yaşlı qapıçı bu matçla Bundesliqada qol buraxmadığı oyunların sayını 205-ə çatdırıb. Bununla da o, "Bavariya"nın sabiq qapıçısı Oliver Kannın rekordunu (204) yeniləyib.

Qeyd edək ki, Noyer "Bavariya"da ümumilikdə 437 oyun keçirib və onlardan 213-də qapısını toxunulmaz saxlayıb.