Qeri Nevill Ronaldonun transferi barədə danışıb
Digər

Qeri Nevill Ronaldonun transferi barədə danışıb

  • 2021-08-27

Mançester Yunaytedin keçmiş oyunçusu, Qeri Nevill, Ronaldonun "qırmızı şeytanlar"a qayıdışı barədə danışıb.

Nevillin sözlərinə görə, portuqaliyanın kluba dönüşü qarşıdan gələn sezon üçün böyük ümidlər vəd edir.

"Bu möhtəşəm xəbərdir. Nostalji hisslər yaşayırıq, amma bu hisslər futbolda özünü həmişə doğrultmur. Ronaldonun Sitiyə keçəcəyi fikri Yunayted fanatları üçün əsil əzab idi. Ronaldo kuboklar qazanmağa, titullar əldə etməyə, Premyer Liqanı alovlandırmağa gəlir. Bu başqa Ronaldodur. Hamı bunu gözləyirdi"- deyə, keçmiş müdafiəçi bildirib.

Qeyd edək ki, Kriştiano Ronaldo, 2003-2009-cu illərdə Mançester Yunayteddə oynadığı müddətdə 292 oyuna 118 qol vurub. Portuqaliyalı Yunayted formasında 3 dəfə Premyer Liqanın, 1 dəfə isə Çempionlar Liqasının qalibi olub.