Avropa çempionatında ilk dəfə
Digər

Avropa çempionatında ilk dəfə

  • 2021-06-12

Avro-2020-nin açılış matçında – Türkiyə - İtaliya oyununda bir ilk yaşanıb.

Buna Türkiyə millisinin futbolçusu Merih Demiral imza atıb. O, 52-ci dəqiqədə avtoqol vurub. Beləliklə, Avropa çempionatlarının tarixində ilk dəfə açılış matçında hər hansı bir oyunçu öz qapısına qol vurmuş olub.

Qeyd edək ki, görüşdə Türkiyə 0:3 hesabı ilə məğlub olub.