"Mançester Yunayted"də daha bir itki
Digər

"Mançester Yunayted"də daha bir itki

  • 2021-08-26

"Mançester Yunayted"in futbolçusu Skott Maktominey qasıq zədəsi səbəbindən əməliyyat olunub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçinin bərpa müddəti açıqlanmayıb.

Qeyd edək ki, Maktominey "qırmızı şeytanlar"ın yetirməsidir.