"Milli komanda çalışdırmaq istərdim"
Digər

"Milli komanda çalışdırmaq istərdim"

  • 2021-08-26

Mançester Sitinin baş məşqçisi Pep Qvardiola 2023-cü ilin yayında İngiltərə klubundan ayrılacaq.

ESPN-nin yaydığı xəbərə görə, bu barədə 50 yaşlı mütəxəssisin özü məlumat verib. O bildirib ki, 2023-cü ilə yayında müqaviləsi başa çatdıqdan sonra klubu tərk edəcək:

"Bu klubdan 7 ilimdən sonra ayrılmaq lazım olduğunu düşünürəm. Bir fasilə verəcəyəm və nə olacağını görəcəyik. Digər baş məşqçilərdən bir şeylər öyrənməliyəm. Vəziyyətə görə, Cənubi Amerika və Avropada hansısa milli komandanı çalışdırmaq istərdim. Şans tapsam, karyeramdakı növbəti addım milli komandada işləmək olacaq".