İnfantino Boris Consona müraciət edib
Digər

İnfantino Boris Consona müraciət edib

  • 2021-08-25

FİFA-nın prezidenti Canni İnfantino, Böyük Britaniyanın baş naziri Boris Consona futbolçuların milliyə buraxılmasına icazə verməsi üçün müraciət edib.

B. Britaniyada sərt karantin qaydaları mövcud olduğundan, 19 klubdan 60-a yaxın oyunçuya Dünya Çempionatının təsnifat mərhələsində millilərinə qoşulmaq icazəsi verilməyib.

Vəziyyətlə əlaqədar, İnfantino, Boris Consona yazaraq futbolçuları buraxmaq üçün icazə istəyib:

"Biz əvvəllər də qlobal problemlərlə üzləşmişik. İndi də bunun öhdəsindən birlikdə gəlməliyik. Oyunçuların qarşıdan gələn milli oyunlarına buraxılması çox vacibdir. Dünyanın ən yaxşı oyunçularından əksəriyyəti İngiltərə və İspaniyada oynayır. İnanıram ki, bu ölkələr futbol yarışlarındakı inteqrasiyanın qorumağın məsuliyyətini anlayırlar".

Qeyd edək ki, eyni mövqedən çıxış edən La Liga da klubların futbolçuları millilərə buraxmamaq qərarını dəstəkləyib.