Vest Hemin tarixinə düşdü
Digər

Vest Hemin tarixinə düşdü

  • 2021-08-24

Vest Hemin futbolçusu Maykl Antonio klubun tarixinə düşüb.

London təmsilçisinin mətbuat xidmətinə əsasən, yamaykalı hücumçu klubun ən yaxşı bombardiri olub. 

İngiltərə Premyer Liqasının 2-ci turunda Lesterlə görüşdə (4:1) dubl edən 31 yaşlı forvard Vest Hemin heyətində Premyer Liqada ən çox qol vuran futbolçu ünvanını qazanıb.

2015-ci ildən Vest Hemdə çıxış edən Antonio indiyə qədər 49 qol vurub. O, bu göstərcidə Paulo Di Kanionu (47 qol) geridə qoyub.