Qrizmann Atletikoya qayıtmayacaq
Digər

Qrizmann Atletikoya qayıtmayacaq

  • 2021-08-24

Barselonanın futbolçusu Antuan Qrizmann sabiq klubu Atletikoya qayıtmayacaq.

Bu barədə "El Chiringiuto" məlumat yayıb. Barselona 30 yaşlı yarımmüdafiəçi üçün qarşı tərəfdən yüksək məbləğ tələb edir. Lakin Madrid təmsilçisi bu məbləği ödəməyə hazır deyil. Atletiko Qrizmannın transferi üçün öz futbolçularından birini Kataloniya klubuna vermək istəyir. Bu şərtlərlə fransalı oyunçunun keçmiş klubuna qayıtmaq ehtimalı azdır.

Qeyd edək ki, Qrizmann 2019-cu ildən Barselonada oynayır. O, 2014-2019-cu illərdə Atletikoda çıxış edib.