Rəhbərlikdən Artetaya şərt
Digər

Rəhbərlikdən Artetaya şərt

  • 2021-08-24

"Arsenal"ın baş məşqçisi Mikel Arteta klub rəhbərliyi ilə görüşüb.

Bu barədə "The Telegraph" məlumat yayıb. Klub rəhbərli 39 yaşlı mütəxəssisin qarşısına şərt qoyub. Belə ki, Arteta növbəti 5 matç ərzində komandanın nəticələrini yaxşılaşdırmalıdır.

"Arsenal" Premyer Liqanın 2-ci turunda "Çelsi"yə 0:2 hesabı ilə uduzub. Bununla da, komanda Artetanın baş məşqçiliyi altında çıxdığı 60-cı oyunda 20-ci dəfə məğlub olub.

Qeyd edək ki, London təmsilçisi yeni mövsümün ilk 2 qarşılaşmasında rəqib qapılarına qol vurmağı da bacarmayıb.