"Real" "Santyaqo Bernabeu"ya nə vaxt qayıdacaq?
Digər

"Real" "Santyaqo Bernabeu"ya nə vaxt qayıdacaq?

  • 2021-08-24

"Real"ın ev oyunlarını keçirdiyi "Santyaqo Bernanbeu" stadionunda təmir işləri davam edir.

"Mundo Deportivo"ya əsasən, stadionda təmir işləri gələn ay başa çatacaq. Madrid təmsilçisi La Liqada sentyabrın 11-i "Selta"ya qarşı ev oyununa məhz "Santyaqo Bernabua"da çıxacaq.

Xatırladaq ki, "Real" ötən ilin mart ayından etibarən ev oyunlarını "Alfredo Di Stefano" adına ehtiyat stadionunda keçirir.