İbrahimoviçin meydanlara qayıdacağı vaxt dəqiqləşib
Digər

İbrahimoviçin meydanlara qayıdacağı vaxt dəqiqləşib

  • 2021-08-23

Milanın zədəli futbolçusu Zlatan İbrahimoviçin meydana qayıdacağı vaxt məlum olub.

39 yaşlı hücumçu milli komandalara görə yaranan fasilədən sonra əsas komanda ilə məşqlərə qoşulacaq.

Bu barədə Milanın baş məşqçisi Stefano Pioli klubun mətbuat xidmətinə açıqlamasında deyib. O, isveçli futbolçunun sentyabrın sonlarında yaşıl meydanlara qayıdacağını bildirib.

Qeyd edək ki, İbrahimoviç iyun ayında sol dizindən əməliyyat olunub.