Misir millisinin üzvü Məhəmməd Salah DÇ-2022-nin seçmə mərhələsində Anqola və Qabonla görüşlərdə iştirak edə bilməyəcək.Bu barədə Misir Futbol Federasiyası məlumat yayıb. 29 yaşlı hücumçunu klubu Liverpulun yığmaya buraxmadığı bildirilib.
Liverpuldan EFA-ya daxil olan məktubda klub Salahı milliyə buraxa bilməyəcəyi üçün üzr istəyir. Məktubda qeyd edilib ki, koronavirusun yayılmaması üçün İngiltərədə tətbiq olunan tədbirlər bir sıra ölkələrdən gələn oyunçuların qayıtdıqdan sonra karantinə alınmasını tələb edir.