"Bavariya" "Real"ın rekordunu qırdı
Digər

"Bavariya" "Real"ın rekordunu qırdı

  • 2021-08-23

"Bavariya" Avropanın "TOP-5" liqalarında çıxış edən klublar arasında yeni rekorda imza atıb.

Münhen təmsilçisi buna ötən gün Bundesliqanın 2-ci turunda "Köln"lə matçda (3:2) nail olub. Komanda həmin görüşdə fərqlənməklə ardıcıl qol vurduğu matçların sayını 74-ə çatdırıb. Bundesliqa klubu son dəfə ötən ilin fevral ayında "Leyptsiq"lə görüşdə qol vura bilməyib.


Bununla da "Bavariya" "Real"ın 2016/17 mövsümündəki rekordunu qırıb. Madrid təmsilçisi ardıcıl 73 matçda qol vurmağı bacarmışdı.

Həmçinin "Real" bu görüşlərdə ümumilikdə 200 qola imza atıbsa, "Bavariya"da bu say 214-ə bərabərdir. Bu qollardan 72-si Levandovskiyə aiddir.

Qeyd edək ki, "Bavariya" hazırda turnir cədvəlində 4 xalla 4-cüdür.