"Roma əla klubdur, amma..."
- 2021-08-22
Romanın baş məşqçisi Joze Mourinyo yeni mövsümlə bağlı gözləntilərini bölüşüb.
Portuqaliyalı mütəxəssis azarkeşləri səbirli olmağa çağırıb:
"Roma əla klubdur. Bu göstəriciyə görə çalışdığım digər klublara uyğundur. Amma Çelsiyə, İnterə və ya Reala gəldiyim zaman məqsəd göz qabağındaydı - ilk gündən uğur qazanmaq. Amma "Roma" fərqli vəziyyətdədir, komanda uzun müddətdir heç nə qazana bilmir. Ötən mövsüm "Roma" çempiondan 29 xal geri qalıb.
Daha çox oyunçu almaq üçün rəhbərliyə təzyiq etməyə haqqım yoxdur. Komandamızda olanlarla işləməliyəm".