Ançelottidən Mbappe açıqlaması
Digər

Ançelottidən Mbappe açıqlaması

  • 2021-08-22

Real Madridin baş məşqçisi Karlo Ançelotti adı Madrid təmsilçisi ilə hallanan PSJ-nin futbolçusu Kilian Mbappe haqda danışıb.

İspaniya mətbuatının yazdığına görə, o, fransalı hücumçunun mümkün transferinin paltardəyişmə otağında müzakirə olunmadığını deyib: "Transfer barədə bilmirəm. Transfer pəncərəsi bağlanana qədər nə baş verəcəyi məni maraqlandırmır. Yaxşı və güclü heyətimiz var. Bu komanda ilə işlədiyim üçün xoşbəxtəm.

Paltardəyişmə otağında transferlər müzakirə olunmur. Söhbət qarşıdakı matçlardan gedir, komanda oyunlara hazırlaşmaq, yaxşı bir atmosfer yaratmaq haqqında düşünür".