Mbappedən 4 il sonra ilk
Digər

Mbappedən 4 il sonra ilk

  • 2021-08-21

"PSJ"nin futbolçusu Kilian Mbappe 4 il sonra ilk dəfə Liqa 1-də başla qol vura bilib.

Bu barədə "Opta Sport" məlumat yayıb. 22 yaşlı hücumçu ötən gecə Liqa 1-in 3-cü turunda "Brest"lə oyunda başla qol vurub. Bu da 2017-ci ildən sonra fransalı oyunçu üçün ilkdir. O, son dəfə həmin il "Monako"nun heyətində çıxış edərkən başla qapıya dəqiq zərbə vurub.