Messi Barselonaya getdi
Digər

Messi Barselonaya getdi

  • 2021-08-21

"PSJ"nin yeni transferi Lionel Messi Barselonaya gedib.

"RMC Sport"a əsasən, argentinalı futbolçu Liqa 1-in 2 -ci turunda "Brest" lə oyunun ərizəsinə daxil edilməyib. Bundan sonra Messi həyat yoldaşı və üç uşağı ilə birlikdə Kataloniyaya gedib. Lionel və ailəsi Barselona hava limanında şəkil çəkdirib. 34 yaşlı oyunçu həftə sonunu Kataloniyada keçirmək qərarına gəlib.

Qeyd edək ki, daha əvvəl "PSJ"nin baş məşqçisi Maurisio Poçettino Messinin hələ oynamağa hazır olmadığını bildirib.