"Arsenal"a koronavirus şoku
Digər

"Arsenal"a koronavirus şoku

  • 2021-08-20

"Arsenal"ın futbolçuları Aleksandr Lakazett və Pyer-Emerik Obameyanq koronavirusa yoluxub.

Bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb. Hər iki hücumçu bir müddət əvvəl koronavirusa yoluxub və bu səbəbdən Premyer Liqanın ilk turunun "Brentford"la səfər matçında (0:2) iştirak edə bilməyib.

Obameyanqın yaxın günlərdə komandaya qoşulacağı bildirilib. Lakazett isə hələ bərpa müddəti keçir.