Markaonun cəzası açıqlandı
Digər

Markaonun cəzası açıqlandı

  • 2021-08-20

Komanda yoldaşı Kerem Aktürkoğlunu yumruqla vuran və meydandan qovulan “Qalatasaray”ın futbolçusu Markaonun cəzası açıqlanıb.

Türkiyə Futbol Federasiyası braziliyalı müdafiəçini 8 oyunluq diskvalifikasiya edib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Markao həm də 21 min türk lirəsi (təqribən 4200 manat) məbləğində cərimələnib.

Xatırladaq ki, Markao Türkiyə Superliqasının 1-ci turunda “Girəsunspor”la keçirilən oyunda (2:0) komanda yoldaşını vurmuşdu.