Açılışı o idarə edəcək
- 2021-06-10
"Avro-2020"nin açılış matçının hakimləri müəyyənləşib.
Qol.az UEFA-nın rəsmi saytına əsasən İtaliya və Türkiyə milliləri arasında keçiriləcək matçı niderlandlı hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Denni Makkeli olacaq. Ona yan xətdə Hessel Stiqstra və Yan de Vris köməklik edəcək. 4-cü hakim funksiyasını fransalı Stefani Frappar yerinə yetirəcək.
Qeyd edək ki, A qrupunun İtaliya - Türkiyə oyunu iyunun 11-də Romada keçiriləcək