Kroos Messidən danışdı
Digər

Kroos Messidən danışdı

  • 2021-08-19

"Real"ın futbolçusu Toni Kroos Lionel Messinin "Barselona"dan gedişi və "PSJ"nin hücumçusu Kilian Mbappenin Madrid klubuna mümkün transferi haqda danışıb.

"Bild"ə əsasən, o, argentinalı hücumçunun "PSJ"yə transferinin "Real" üçün yaxşı xəbər olduğunu deyib: "Çünki əsas rəqibimiz ən yaxşı oyunçusunu itirdi.

Mbappe? O, transfer bazarının ən maraqlı oyunçusudur və bahalıdır. Artıq edilən transferlər haqqında danışmağa üstünlük verirəm, amma "Real" hər zaman ən yaxşısını istədiyi üçün belə bir transferə təəccüblənmərəm".