Aquero 10 nömrəli formadan imtina etdi
Digər

Aquero 10 nömrəli formadan imtina etdi

  • 2021-08-19

"Barselona"nın futbolçusu Serxio Aquero klubdan ayrılan Lionel Messinin geyindiyi 10 nömrəli forma ilə çıxış etmək istəməyib.

Bu barədə "Marca" məlumat yayıb. 33 yaşlı hücumçu 19 nömrəli forma ilə oynamaq qərarına gəlib.

Qeyd edək ki, Aquero ötən ay azad agent kimi "Barselona"ya keçib.