"PSJ" Ramosdan narazıdı
Digər

"PSJ" Ramosdan narazıdı

  • 2021-08-18

"PSJ" yeni transferi Serxio Ramosun hərəkətlərindən narazıdır.

Bu barədə "Cadena SER" məlumat yayıb. 35 yaşlı müdafiəçi komandanın kapitanı olmasa da özünü belə aparır. O, hətta klubun işçilərinə qarşı təkəbbürlü hərəkətlər də edir.
 
Paytaxt təmsilçisi isə bundan narazıdır. Bildirilib ki, əgər ispaniyalı oyunçu hərəkətlərini düzəltməsə, baş məşqçi Maurisio Poçettino ona əsas heyətdə oynaması barədə təminat verməyəcək.

Qeyd edək ki, bu yay "Real"dan ayrılan Ramos ötən ay PSJ ilə 2 illik müqavilə imzalayıb.