Donald Gerye böyük faciə ilə üzləşdi
Digər

Donald Gerye böyük faciə ilə üzləşdi

  • 2021-08-17

"Qarabağ"ın sabiq futbolçusu Donald Gerye böyük faciə ilə üzləşib.

"polsatsport.pl" saytına əsasən, haitili yarımmüdafiəçinin ailəsinin yaşadığı ev ölkədə avqustun 14-ü olan güclü zəlzələ nəticəsində tamamilə dağılıb.

32 yaşlı oyunçu həmvətənlərinə kömək etmək məqsədilə onlayn mətbuat konfransı təşkil edib və azarkeşlərdən kömək istəyib. Hazırda Polşada olan futbolçu 20 min dollar toplamaq istəyir. Gerye bütün məbləği zəlzələdən zərərçəkənlərə yardım üçün bağışlayacaq. Lakin indiyə qədər cəmi 300 dollardan az pul yığılıb.