Ançelottidən Ronaldo açıqlaması
Digər

Ançelottidən Ronaldo açıqlaması

  • 2021-08-17

"Real"ın baş məşqçisi Karlo Ançelotti komandanın sabiq futbolçusu Kriştiano Ronaldonun transfer ediləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

İtaliyalı mütəxəssis bu barədə Tvitter səhifəsində yazıb: "Ronaldo "Real"ın əfsanəsidir, onu çox sevirəm. Ancaq heç vaxt Ronaldonun geri dönüşünü planlaşdırmamışam. Biz ancaq irəli baxırıq".


Qeyd edək ki, hazırda "Yuventus"da çıxış edən Ronaldo 2013-2015-ci illərdə Karlo Ançelottinin rəhbərliyi altında "Real"da çıxış edib. 36 yaşlı futbolçunun "Real" karyerası 2009-2018-ci illəri əhatə edir.