Modriçin milidən gedəcəyi vaxt müəyyənləşib
Digər

Modriçin milidən gedəcəyi vaxt müəyyənləşib

  • 2021-08-17

Xorvatiya millisinin kapitanı Luka Modriçin yığma karyerasını bitirəcəyi vaxt müəyyənləşib.

 İspaniya mətbuatı xəbər verib ki, “Real”ın yarımmüdafiəçisi yaxın ətrafına bildirib ki, gələn il milli ilə vidalaşacaq. 

O, Qətərdə keçiriləcək DÇ-2022-nin yığmadakı son turniri olacağını deyib.

Qeyd edək ki, millidə 2006-cı ildə debüt edən yarımmüdafiəçi bu müddətdə 142 oyunda 18 qol vurub.