Oyundankənar vəziyyət qaydalarında dəyişiklik olub
Digər

Oyundankənar vəziyyət qaydalarında dəyişiklik olub

  • 2021-06-08

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) oyundankənar vəziyyətlə bağlı qaydalarda dəyişiklik edib.

Bu barədə qurumun rəsmi Tvitter hesabı məlumat yayıb. Qərara əsasən, bundan sonra oyunçuların əlləri və qolları oyundankənar vəziyyət üçün nəzərə alınmayacaq.

Offsayd üçün çiyin və qol arasındakı sərhəd qoltuğun alt hissəsi ilə təyin olunur: "Çiyin qolun bir hissəsi kimi tanınmır. Buna görə də çiyinlə qol vurmaq mümkündür və ofsayd vəziyyəti qiymətləndirilərkən nəzərə alınmalıdır".