Harri Keyn komanda ilə məşqlərə başladı
- 2021-08-17
"Tottenhem"in hücumçusu Harri Keyn komanda ilə məşqlərə başlayıb.
Bu barədə "Sky Sports" məlumat yayıb.
İngilis oyunçu bu yay ilk dəfə komanda yoldaşları ilə matçlara hazırlaşıb. Məzuniyyətdən qayıtdıqdan sonra o, bu günə qədər karantinə alınmışdı.
Qeyd edək ki, daha əvvəl Keynin "Mançester Siti"yə keçmək istədiyi üçün "Tottenhem"də məşqlərdə çıxmaqdan imtina etdiyi bildirilmişdi. Futbolçu özü sonradan bu məlumatı təkzib edib.