Ən bahalı start heyəti meydana çıxardılar, amma yenə də uduzdular
- 2021-08-17
"Mançester Siti" İngiltərə Premyer Liqasının 1-ci turunda "Tottenhem"ə uduzduqları matçda (0:1) meydana çempionat tarixinin ən bahalı start heyətini çıxarıb.
"The Sun"a əsasən, Mançester təmsilçisinin sözügedən görüş üçün ilk 11-liyinin qiymətinin ümumilikdə 530 milyon funt sterlinq olduğu vurğulanıb. Komandanın ehtiyat heyətinin isə ümumi qiyməti 295 milyon funt sterlinq olub.
Ən bahalı start heyətlə İngiltərə Premyer Liqasında rekord qıran Pep Qvardiolanın baş məşqçisi olduğu komanda buna baxmayaraq, çempionata məğlubiyyətlə başlayıb.