Oblak klub tarixinə adını yazdırdı
- 2021-08-16
"Atletiko"nun qapıçısı Yan Oblak yeni rekorda imza atıb.
"Opta"ya əsasən, o, La Liqanın 1-ci turunda "Selta" ilə matçda (2:1) iştirak etməklə Madrid klubunda oynadığı görüşlərin sayını 304-ə yüksəldib. Bununla da, o, Abel Resinonu (303) geridə qoyaraq klub tarixində ən çox oyuna çıxan qapıçı olub.
Qeyd edək ki, Oblak 2014-cü ildən "Atletiko"da oynayır.