Modriç 8-ci dəfə ən yaxşı futbolçusu seçildi
Digər

Modriç 8-ci dəfə ən yaxşı futbolçusu seçildi

  • 2021-06-08

Xorvatiya millisinin futbolçusu Luka Modriç ölkəsinin ən yaxşı oyunçusu seçilib.

Bu barədə Xorvatiya Futbol Federasiyasının saytı məlumat yayıb. "Real Madrid"in yarımmüdafiəçi ötən mövsüm meydana çıxdığı 48 oyunda 6 qol vurub, 8 qolun ötürməsini verib.

Beləliklə, Modriç karyerasına 8-ci dəfə Xorvatiyada ilin ən yaxşı futbolçusu olub. O, daha əvvəl  2007, 2008, 2011, 2014, 2016, 2017 və 2018-ci illərdə bu mükafatı qazanıb.