İlkay Gündoğan zədələndi
Digər

İlkay Gündoğan zədələndi

  • 2021-08-16

"Mançester Siti"nin futbolçusu İlkay Gündoğan zədələnib.

Britaniya mətbuatına əsasən, türkəsilli alman yarımmüdafiəçi İngiltərə Premyer Liqasının 1-ci turunda "Tottenhem"lə matçın (0:1) sonlarına yaxın çiynindən zədə alıb. O, bu gün tibbi müayinədən keçəcək və bərpa müddəti məlum olacaq.

Qeyd edək ki, "Siti" ölkə çempionatının 2-ci turunda avqustun 21-i doğma meydanda "Norviç"lə qarşılaşacaq.