Gerd Müller vəfat etdi
Digər

Gerd Müller vəfat etdi

  • 2021-08-15

Alman futbolunun əfsanəsi Gerd Müller vəfat edib.

Bu barədə "Bavariya"nın rəsmi saytı məlumat yayıb.

Müller 76 yaşında dünyasını dəyişib. O, 2015-ci ildən sağalmaz xəsətlik olan altsqeymerdən əziyyət çəkirdi.

Qeyd edək ki, Gerd Müller 3 dəfə Avropa kubokunun qalibi olub. Hücumçu 1964-1979-cu illərdə "Bavariya"da çıxış edib, 1966-1974-cü illərdə isə Almaniya millisində oynayıb. Müller futbol tarixinin ən çox qol vuran oyunçularından biri hesab olunur. Mərhum futbolçu karyerası ərzində 580 oyunda 523 qol, 104 məhsuldar ötürmə müəllifi olub.