"Milan"ın prezidenti Avropa Superliqası barədə danışıb
- 2021-08-15
"Milan"ın prezidenti Paolo Skaroni əvvəlcə qatılıb, daha sonra geri çəkildikləri Avropa Superliqası layihəsi barədə danışıb.
"Mənə elə gəlir ki, layihəni dəstəkləyənlər, xüsusən də "Real Madrid", təslim olmaqdan çox uzaqdır. Düşünürəm ki, Super Liqanı dəstəkləyən klublar UEFA ilə həll yolu tapmaq üçün danışıqlar aparmağa hazırdır. Əminəm ki, bu layihənin hələ də şansı var".
Qeyd edək ki, aprelin 18-də “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi” (hamısı İngiltərə), “Real Madrid", “Barselona”, “Atletiko” (hamısı İspaniya), “Yuventus”, “Milan” və “İnter” (hamısı İtaliya) klubları Avropa Superliqasını yaratdıqlarını açıqlayıblar. Sonradan "Real Madrid", "Barselona" və "Yuventus"dan başqa digər klubun turniri tərk etməsi ilə Avropa Superliqası fəaliyyətini dayandırıb.