"Bizimlə razı deyillərsə, məhkəməyə gedə bilərlər"
Digər

"Bizimlə razı deyillərsə, məhkəməyə gedə bilərlər"

  • 2021-08-15

Pep Qvardiola, Yürgen Kloppun Mançester Sitinin transfer siyasəti ilə bağlı dediklərinə cavab verib.

Bir neçə gün öncə, Mançester Sitinin bahalı transferlərini tənqid edən, Klopp, onların limitləri heçə saydığını vurğulamışdı. Cavabı çox gecikdirməyən, Qvardiola, alman mütəxəssisə klubun baha transferləri ilə razı deyilsə, məhkəməyə müraciət etsin fikrini ünvanlamışdı.

"Cek Qrilişi aldığımız zaman cəmi 40 mln funt sterlinq xərclədik, çünki satılan oyunçulardan 60 mln funt sterlinq əldə etmişdik. Biz limitləri aşmırıq, hər şey qaydalar çərçivəsindədir. Əgər bizimlə razı deyillərsə, məhkəməyə müraciət etsinlər", deyən, Qvardiola, Kloppun tənqidi çıxışına bu sözlərlə cavab verib.