Levandovskidən daha bir rekord
Digər

Levandovskidən daha bir rekord

  • 2021-08-14

"Bavariya"nın futbolçusu Robert Levandovski yeni rekord müəyyənləşdirib.

32 yaşlı hücumçu buna ötən gecə Bundesliqanın 2021/22 mövsümünün ilk turunda "Borussiya" (Münhenqladbax) ilə matçda (1:1) imza atıb. O, görüşdə fərqlənməklə yerli çempionatda ardıcıl 7 mövsümün startında qol vuran yeganə futbolçu olub.


Həmçinin polşalı oyunçu Münhen təmsilçisinin heyətində 220-ci qarşılaşmasında 204-cü qoluna imza atıb.

Qeyd edək ki, Levandovski 2014-cü ildən "Bavariya"da oynayır.