Ramos ən azı sentyabrın 12-nə kimi oynamayacaq
- 2021-08-14
PSJ-nin müdafiəçisi Serxio Ramos zədə səbəbindən ən azı sentyabrın 12-nə qədər oynamayacaq.
Bu barədə "Le Parisien" qəzeti məlumat yayıb.
Paris təmsilçisinin mətbuat xidməti məlumatı təsdiqləyib: "Ramos tədricən məşqlərə başlayır. Milli komandalar üçün fasilədən sonra onun meydana qayıdacağı gözlənilir" -deyə bildirilib.
Qeyd edək ki, Ramos "PSJ" ilə 2023-cü ilin iyununa kimi müqavilə imzalayıb.