Sanço mövsümün əvvəlini buraxacaq
Digər

Sanço mövsümün əvvəlini buraxacaq

  • 2021-08-13

"Mançester Yunayted"in yeni transferi Ceydon Sanço yeni mövsümün əvvəlini buraxacaq.

"TV2"yə əsasən, bu barədə klubun baş məşqçisi Ole Qunnar Sulşer məlumat verib. O, ingilis yarımmüdafiəçinin hələ tam formada olmadığını bildirib: "Ceydon Avropa çempionatından sonra istirahət etdi və ardınca kiçik sağlamlıq problemləri yaşadı. Bizimlə çox az məşq edib. Formaya düşməsini gözləmək lazımdır. Ancaq mövsüm ərzində Sanço bizim üçün çox əhəmiyyətli oyunçu olacaq".

Qeyd edək ki, "Mançester Yunayted" bu yay Dortmund "Borussiya"sından Sançonu transfer edib.