UEFA reytinqində xalımız artdı
Digər

UEFA reytinqində xalımız artdı

  • 2021-08-13

Avrokuboklarda 3-cü təsnifat mərhələsinin cavab görüşlərindən sonra UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.

"Qarabağ"ın Konfrans Liqasında "AEL"i (Kipr) 1:0 hesabı ilə məğlub etməsi ölkəmizin aktivinə 0.250 xal yazdırıb.

Bununla da bu mövsümdə Azərbaycanın qazandığı xal sayı 1,500-ə çatdıb. Son 5 mövsümdə ümumi xal sayımız isə 14,125-dir. Xal hesabını artırmasına baxmayaraq, Azərbaycanın mövqeyi dəyişməyib. Ölkəmiz əvvəlki kimi 30-cu pillədə qərarlaşıb. Polşa 14,250 xalla 29-cu, Slovakiya 14,000 xalla 31-ci pillədə qalıb.

Qeyd edək ki, siyahıya 87,926 xalla İngiltərə başçılıq edir.