"Bavariya"da ciddi itki
Digər

"Bavariya"da ciddi itki

  • 2021-08-12

"Bavariya"nın müdafiəçisi Benjamin Pavar yeni  mövsümün əvvəlində komandasına kömək edə bilməyəcək.

Almaniya mətbuatına əsasən, 25 yaşlı oyunçu ayaq biləyindən zədə alıb. Onun sağalması üçün təxminən 3-4 həftə lazım olacaq.

Qeyd  edək ki, Pavar ötən mövsüm 36 matçda 1 qol vurub və 2 qolun ötürməsini verib.