"Biz yeni oyunçular istəmirik"
Digər

"Biz yeni oyunçular istəmirik"

  • 2021-08-12

Liverpulun baş məşqçisi Yürgen Klopp, Liverpulun yeni oyunçulara ehtiyacı olmadığını bildirib.

Alman mütəxəssis, Liverpulun bu mövsüm yeni transfer edəcəyinin gözlənilmədiyini bildirib. O, TV2-yə verdiyi müsahibədə bu barədə danışıb:

"Transfer pəncərəsi açıqdır, hamı yeni oyunçu transferi gözləyir. Gəlin Liverpulun heyətinə baxaq: yeni müdafiəçiyə ehtiyac var? Bəlkə qapıçı? Bizim artıq kifayət qədər yaxşı oyunçularımız var. Bu qədər oyunçunu transfer etmək üçün böyük məbləğ lazımdır. Bizim üçün isə buna ehtiyac yoxdur, çünki onlar artıq buradadırlar. Zamanla dəyişikliklər etmək lazımdır, lakin indi buna ehtiyac yoxdur".

Qeyd edək ki, Liverpulun yay pəncərəsindəki yeganə transferi RB Leipsiqdən kluba 36 mln funt sterlinqə cəlb etdiyi İbrahima Konate olub.