Messi nə qədər qazanacaq?
Digər

Messi nə qədər qazanacaq?

  • 2021-08-12

Lionel Messinin PSJ ilə imzaladığı müqavilənin detalları məlum olub .

"Le Parisien"ə əsasən, argentinalı hücumçu 2 il ərzində Fransa klubunda 120 milyon avrodan çox qazanacaq.

"PSJ" Lionelə 40 milyon avro, illik maaş olaraq isə 41 milyon avro ödəyəcək. Bundan başqa, əlavə mükafatlar müqavilədə göstərilib. Məsələn, 34 yaşlı oyunçu PSJ ilə Çempionlar Liqasını  və ya "Qızıl top"u qazansa, mükafat alacaq.

Beləliklə, Messi  Neymarı (illik 36.5 milyon avro) və Kilian Mbappeni (illik 25 milyon avro) qabaqlayaraq Paris təmsilçisinin ən çox qazanan oyunçusu olacaq.

Tərəflər müqavilənin bir il müddətinə uzadılması variantından istifadə edərsə, forvard "PSJ"də ümumilikdə 163 milyon avro qazana bilər.