PSJ prezidentindən Mbappe açıqlaması
- 2021-08-12
PSJ prezidenti Nasser Əl-Xəlafi hücumçu Kilian Mbappenin klubdakı gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
"L'Équipe"yə əsasən, o, fransalı futbolçunun karyerasını Paris təmsilçisində davam etdirəcəyini deyib: "Mbappe burada qalmaq üçün hər şeyə sahibdir. İndi ayrılsa heç kim bu qərarı anlaya bilməz".
Xatırladaq ki, PSJ 23 yaşlı oyunçu ilə gələn yay başa çatacaq yeni müqavilə üzərində danışıqlar aparır.