Ramos Messiyə evində qalmağı təklif edib
Digər

Ramos Messiyə evində qalmağı təklif edib

  • 2021-08-12

PSJ-nin müdafiəçisi Serxio Ramos yeni komanda yoldaşı Lionel Messiyə və ailəsinə öz evində qalmağı təklif edib.

"AS"a əsasən, o, argentinalı hücumçuya deyib: "Siz və ailəniz oteldən çox evdə yaşamağı üstün tutursunuzsa, mənim evimdə qala bilərsiniz".

Xatırladaq ki, Ramos və Messi bu yay Paris təmsilçisinə transfer olunublar.