Messi müqaviləsinin yenilənməyəcəyini necə öyrənib?
Digər

Messi müqaviləsinin yenilənməyəcəyini necə öyrənib?

  • 2021-08-12

"Atam (Xorxe Messi - atası və meneceri) evə qayıtdı. Bütün axşam boyu Joan Laportanın ("Barselona"nın prezidenti) yanında idi. Geri döndükdən sonra mənə danışıqların məyusedici nəticələrini danışdı. O anda çox depressiyaya düşdüyümü hiss etdim. Sonra həyat yoldaşım Antonellaya bu barədə danışdım. Ağladıq. Ancaq uşaqlara da vəziyyəti izah etməli idik".

Bu sözləri "PSJ"nin yeni transferi Lionel Messi BBC-yə açıqlamasında deyib. 34 yaşlı hücumçu "Barselona" ilə sözləşməsini uzatmaq üçün danışıqların uğursuz başa çatması barədə danışıb:

"Təbii ki, bir-birimizi ruhlandırdıq. Doğru yolu tapmaq məcburiyyətində idik. Çünki dekabr ayında uşaqlara Barselonada qalacağımızı söyləmişdik. Xüsusilə Tiaqo üçün nə qədər çətin olacağını bilirdik. Bəzən müxtəlif şeylər haqqında çox düşünürük. Amma uşaqlar bəzi şeyləri çox tez mənimsəyir. Tiaqo mənimlə eyni xarakterdədir. Amma hazırda hər şey onun xoşuna gəlir. Vəziyyətə uyğunlaşır və bu onun üçün yaxşı bir təcrübə olacaq. Bütün ailə xoşbəxt olacaq, bu klubda əylənəcəyik".

Qeyd edək ki, Messinin "Barselona" ilə sözləşməsi iyunun 30-u başa çatıb. Argentinalı oyunçu 2 gün əvvəl PSJ ilə 2+1 illik müqavilə imzalayıb.